Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hava limanında olay - Gənc qız küncütlü buterbroddan öldü

Nataşa Ednan London hava limanında küncütlü buterbrod yedikdən sonra boğulmağa başlayıb. Qızın küncütə allergiyası var idi, buterbrodun hazırlandığı baget çörəyin tərkibində küncüt olması isə tərkibində yazılmamışdı.

Yenicag.az xəbər verir ki, 1 il əvvəl vəfat edən qızın ölüm səbəbi indi məhkəmə araşdırma işində üzə çıxıb.
Baxmayaraq ki, qızın atası ona antihistamin inyeksiyası edib, qız xəstəxanada vəfat etmişdi.

Qızın atası məşhur oyuncaq şirkətinin yaradıcısıdır. O, qızının ölümü ilə barışmır və ədalətin bərpa olmasını istəyir.

Hadisə günü qız hava limanındakı Pret a Manger magazasından buterbrod alıb yeyib. İstehsalçı bildirib ki, ağır allergik reaksiyaya səbəb olan küncüt çörəyin tərkibində olub. Amma küncüt çörəyin üstünə səpilməyib, əks təqdirdə qız bunu görərdi.

Üstəlik baget çörəyin etiketində allergen barədə məlumat verilməyib.

Böyük Britaniya Səhiyyə Sisteminin məlumatına görə, küncütə allergiya 100 insandan birində rast gəlinir. Allergiya kəskin səpki və tənəffüsün çətinləşməsi ilə özünü göstərir./Medicina/

www.yenicag.az

2790
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM