!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havaya sovrulan BÜDCƏ PULLARI: Gərəksiz satınalmalar, qiymətlərin şişirdilməsi... – VİDEO

!Reklam – Yazi

Ölkənin baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il büdcəsinin müzakirəsi zamanı bir sıra dövlət qurumlarının bədxərclik etdiklərini və satınalmalar zamanı qiymətləri şişirdiklərini bildirib. O, büdcə təşkilatlarını bundan sonra dövlət vəsaitlərini qənaətlə xərcləməyə çağırıb.

Baş nazirin dövlət qurumlarına yönəlik bu iradlarını Yenicag.az-a şərh edən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov mövcud şəraitdə büdcə xərclərinin idarə olunmasında daha effektiv yanaşmaya ehtiyac olduğunu deyib.

Professorun sözlərinə görə, xərclərin təsnifatında ciddi struktur dəyişikliklərinə nail olmaq lazımdır:

“Əslində, Nazirlər Kabinetinin büdcə məsələlərini müzakirəsi etməsi ölkədə büdcə idarəetməsi ilə bağlı kifayət qədər ciddi yanaşmalara ehtiyac olduğunu göstərir. Çünki prezident İlham Əliyev də dövlət qurumlarında büdcə xərclərinin idarə olunması ilə bağlı problemlərin olduğunu qeyd etmişdi. Ona görə də bu istiqamətdə miqyaslı işlərin görülməsi vacibdir.

Dünya iqtisadiyyatındakı mövcud böhran şəraitində büdcə xərclərinin idarə olunmasında daha effektiv yanaşmanın tətbiqi zəruridir. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının resurs bazası daralır və bu halda iqtisadi inkişafı qorumaq üçün bütövlükdə büdcə xərclərinin azaldılmasına yol verilməməlidir.

Lakin bununla yanaşı, xərclərin təsnifatında ciddi struktur dəyişikliklərinə nail olmalıyıq. Ona görə də, insan kapitalı və sosialyönümlü xərclərin artırılmasına ehtiyac var. Eyni zamanda, dövlət kapital qoyuluşlarının strateji və ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən istiqamətlər üzrə qorunması vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv