Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda hava şəraiti sabit, əsasən, yağmursuzdur.
Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub. Bundan başqa çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.
www.yenicag.az