!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HDP-li deputat PKK-dan silah-sursat alarkən görüntüləndi – FOTO

!Reklam – Yazi

img1864032HDP “bizi erkən seçkidə vurmaq istəyirsiz” iddiasını irəli sürdü

AKP-yə yaxınlığı ilə tanınan “Axşam” qəzeti HDP-li millət vəkillərinin PKK ilə işbirliyini təsdiq edən şəkil və xəbər yayıb. Xəbərdə bildirilir ki, Şimali İraqdan PKK-nın Suruç bölgəsinə göndərilən çoxsaylı silah-sursatı HDP-li millət vəkili Faysal Sarıyıldız qəbul edib. Qəzet faktı HDP-nin PKK-nın siyasi qanadı olmasının sübutu kimi təqdim edib. Xəbərə əlavə edilən şəkildə Sarıyıldızın silahları təhvil alma anı görüntülənib. Hakimiyyətə yaxın qəzetin bu haqda xəbəri HDP-də etirazlarla qarşılanıb.

HDP həmsədri Selaheddin Demirtaş Twitter üzərindən açıqlama verərək xəbərin bir cümləsinin belə doğru olmadığını deyib: “Indi Havadan, qurudan və mətbuat üzərindən yürüdülən hücumların tək məqsədi erkən seçkidə HDP-ni vurmaqdır. Ancaq bəsit bir işi görə bilmək qabiliyyətiniz də yoxdur. Sizi özbaşına buraxsaq belə özünüzü bitirəcəksiniz”.

Türkiyə mediası yazır ki, sözügedən xəbər HDP-nin PKK ilə yaxınlığını sübut edən ilk xəbər deyil. Son günlər 7 iyun seçkisində Türkiyə Böyük Millət Məclisinə seçilən HDP-lilərin PKK ilə təmasları artıb. Hətta bir sıra deputatlar bu təmasları tərəflər arasında dialoq yaratmaq cəhdi kimi dəyərləndirməkdən çəkinmir.(musavat)

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv