Həbsdəykən millət vəkili seçilən deputatın mandatı ləğv olundu

media-hightechnic-468x90

Türkiyə İşçi Partiyasından (TİP) olan millət vəkili Can Atalayın deputat mandatı ləğv edilib.

Yenicag.az xəbər verir ki, Ali Məhkəmənin bu barədə qərarı Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində  elan olunub.

Daha sonra səsverməyə qoyularaq onun deputatlığının ləğvi ilə bağlı qərar qəbul edilib. Bununla da onun Məclis üzvlüyünə xitam verilib.

Qeyd edək ki, C.Atalaya Gəzi parkı olayları ilə bağlı ittiham irəli sürülmüşdü. 18 il həbs cəzası verilən Atalay həbsdə ikən deputat seçilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600