“İsgəndər-M” raketinin ixracı və istifadəsi qadağan idi, ancaq İranın Ermənistana satdığı mərmilər qadağan edilmiş deyil”.
Bu fikri Ağdamın Zəngişalı kəndinin ərazisində İran istehsalı olan 81 mm çaplı iki minaatan mərmisinin tapıblmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Ədalət Verdiyev bildirib ki, İranın Ermənistana silah satması müsəlman dövlətinə yaraşmır:
“İranın Ermənistana mərmi satmasını beynəlxalq qanunlar qadağan etmir. Burda işin mənəvi tərəfi var. İran islam dövləti olaraq və ərazisində 35 milyon eyni etnosdan gələn xalqa atılması üçün işğalçıya mərmi satıb. İşin mənəvi tərəfinə görə İran qınaq obyekti ola bilər. “İsgəndər-M” raketinə görə beynəlxalq tədbir görülə bilərsə, İranın satdığı mərmiyə görə heç bir tədbir görülə bilməz. Çünki bu qadağan olunmuş silah markası deyil”.
Səxavət Məmməd