Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Heç kim erməni əsgərini belə təhqir etməmişdi” – Erməni hüquq müdafiəçisi

Ermənistanın insan hüquqları müdafiəçisi Artak Galstyan bu dəfə sabiq prezident Serj Sarqsyanın mətbuat konfransındakı çıxışına münasibət bildirib.

Yenicag.az “MediaPost”a istinadən xəbər verir ki, o bu dəfə də S. Sarqsyanı tənqid edərək, onun çıxışındakı ikiüzlü siyasəti döyüşlərdə ölənlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirib:

“İki gündür hər kəs Serj Sarqsyanın mətbuat konfransından danışır. Etiraf edin ki, heç bir ağıllı adam Serj Sarqsyan kimi mətbuat konfransı keçirərək, çıxışında orduya, zabitə və əsgərə hörmətdən danışmazdı. O, aprel döyüşlərindən bir il sonra, 2017-ci il aprelin 2-də saxtalaşdırılmış parlament seçkilərindəki qələbəsini böyük atəşfəşanlıq nümayişi və bayram konserti ilə qeyd etmişdi. Xatırladım ki, bundan cəmi 1 il əvvəl, 2016-cı il aprelin 2-də Ermənistan ordusu yüzdən çox qurban vermişdi. Düşünürəm ki, heç kim erməni əsgərini belə təhqir etməmişdi. İndi Ermənistan hökumətinə sualım var – hələ də cəzasız qalan Sarqsyan ölənlərin xatirəsinə daha nə qədər hörmətsizlik etməlidir?”

Loading...

www.yenicag.az

311
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100