Həcc ziyarətinə CİDDİ NƏZARƏT: 75 mindən çox şəxs GERİ QAYTARILDI

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi icazəsiz Həcc ziyarətlərinə qarşı nəzarət tədbirlərini ciddi şəkildə davam etdirir. Rəsmi məlumatlara görə, Həcc qaydalarını pozduğu üçün 75 min 943 nəfər ölkədən çıxarılıb.

Yenicag.az Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi general-leytenant Məhəmməd əl-Bassami Məkkədə keçirdiyi mətbuat konfransında bu rəqəmləri açıqlayıb.

Bassaminin sözlərinə görə, müvəqqəti yaşayış izni olsa da, Həcc üçün lazımi sənədləri olmayan təxminən 270 min nəfərin Məkkə şəhərinə daxil olmasına icazə verilməyib. Bundan əlavə, 252 saxta Həcc təşkilatı, 1239 qeyri-qanuni nəqliyyat vasitəsi və 109 mindən artıq izinsiz avtomobil müəyyən edilib.

Rəsmilər bu ilki Həcc mövsümündə təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəyi ilə işləyən analiz sistemləri və müşahidə kameraları daxil olmaqla yüksək texnologiyalı vasitələrdən istifadə edildiyini bildiriblər. Dövlət Təhlükəsizlik İdarəsinə tabe olan Xüsusi Qüvvələr Komandanı general-leytenant Məhəmməd əl-Umri, müqəddəs bölgələrə iznsiz girişlərin qarşısını almaq və kütlənin idarə olunmasını təmin etmək üçün ətraflı planların həyata keçirildiyini vurğulayıb. Sivil Müdafiə Baş İdarəsinin rəhbəri general-mayor Hamud əl-Ferc isə bu il ilk dəfə yanğınsöndürmə və xilasetmə əməliyyatlarında “Səqr (Şahin)” adlı xüsusi dronların istifadə olunacağını açıqlayıb.

Pasport İdarəsinin rəhbəri general-mayor Salih əl-Murabba bildirib ki, 2025-ci il Həcc mövsümünə qədər xaricdən gələn zəvvarların sayı artıq 1 milyon 475 mini keçib.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600