Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O, həmçinin əlavə edib ki, valideynləri terror zamanı ölən uşaqlara aylıq ödənişlər veriləcək.
Moskva meri Sergey Sobyanin isə Moskva şəhəri və Moskva vilayətinin hakimiyyət orqanlarının həlak olanların dəfn mərasiminin təşkilini öz üzərinə götürəcəyini açıqlayıb.
www.yenicag.az