!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS-dan əsirlərə bağlı RƏDD CAVABI: “Prosesdə Türkiyənin rolu arta bilər”

!Reklam – Yazi

“Qətər hökuməti HƏMAS üzvlərinin ölkədən deportasiya ediləcəyi ilə bağlı olan informasiyaları təkzib edib. Amma, bütün hallarda, Qətər əvvəllər də terrorçu təşkilatları maliyyələşdirdiyinə görə ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin təzyiqlərinə məruz qalıb. Çünki sadaladığım ölkələr Qətəri terrorçulara sığınacaq verdiyinə görə qınamışdı”.

Bu sözləri Yenicag.az-a açqılamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib.

O Qətər hökumətinin HƏMAS üzvlərinin deportasiya etməsi ilə bağlı yayılan informasiyalara, habelə sözügedən qruplaşmanın Birləşmiş Ştatların yəhudi əsirlərin azad edilməsi ilə bağlı təklifini rədd etməsi məsələsinə münasibət bildirib.

S. Soltana görə, ola bilər ki, belə bir hadisə baş versin, amma Doha hökuməti bunun çox böyük səs-küylə deyilməsini qəbul etmədiyi üçün məsələni təkzib edib:

“Bu da səslənən ehtimallar arasındadır. Çünki belə olacağı halda, Qətər həm də HƏMAS-a simpatiyası olan qüvvələr tərəfindən təzyiqə məruz qala bilər. Digər tərəfdən, əsas məsələ budur ki, Cozef Bayden hakimiyyəti dövründə ABŞ-nin Yaxın Şərqlə bağlı siyasətinin necə olacaq? Bəziləri fikirləşir ki, Donald Tramp gəlib Baydenin dağıtdıqlarını bərpa edib düzəldəcək və daha sonra fəaliyyətə başlayacaq. Lakin mənə elə gəlir ki, Tramp Yaxın Şərqdə Baydendən daha sərt siyasət yürüdəcək. Xüsusən də İsrailin İrana qarşı müdafiəsində bu, özünü büruzə verəcək. Çünki Tramp hakimiyyətinin birinci mərhələsində (2016-2021-ci illər) İsrailin müdafiəsi ilə bağlı bir sıra qruplar yaratmağa cəhd göstərdi. Hətta regionda “Ərəb NATO-su” yaradılması ilə bağlı cəhdlər də mövcud idi. Lakin sonradan bu məsəl əalınmadı”.

“Ona görə də yəhudi girovların dəyişdirilməsi və digər məsələlər istiqamətində hansısa vasitəçilərə üstünlük verilsin. Hətta həmin vasitəçilərlə girovların azad edilməsi istiqamətində fəaliyyət gücləndirilsin. Məsələn, Türkiyənin HƏMAS-la münasibəti çox yüksəkdir. Belə olan halda, ola bilər ki, Türkiyənin sözügedən məsələdə rolu artsın. Amma nəticədə ABŞ-nin Yaxın Şərqə yönəlmiş siyasətini dəyişəcəyini düşünmürəm. Hesab edirəm ki, HƏMAS və “Hizbullah” İsrailin sonuna qədər savaşacaq və onları zərərsizləşdirənə qədər əməliyyatları davam etdirəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv