!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HƏMAS İsrail əsgərlərini öz silahları ilə vurdu: Çoxlu sayda ölən və yaralanan var

!Reklam – Yazi

HƏMAS-ın Qəssam briqadaları İsrailin partlamamış F16 raketlərindən istifadə edərək bir qrup İsrail əsgərini pusquya salıb.

Yenicag.az xəbər verir ki, hücumda çox sayda İsrail əsgəri həyatını itirib.

Hücum zamanı onlarla İsrail əsgərinin yaralandığı bildirilib. Sözügedən hücumdan sonra İsrail hava qüvvələrinə məxsus helikopterlər yaralı əsgərləri xəstəxanalara çatdırmaq üçün çoxlu uçuşlar həyata keçirib.

Qəssam briqadalarının sözçüsü Əbu Ubeyde hücumla bağlı verdiyi açıqlamada “İsrail qüvvələrinin mülki şəxslərə atəş açdığı, lakin partlamayan F16 raketlərindən istifadə edərək bir qrup İsrail qüvvələrini minalarla pusquya saldıqlarını” deyib.

Digər tərəfdən, İsrailin oktyabrın 7-dən bəri hücum etdiyi Qəzzada fələstinlilərin son sığındığı Rəfah şəhəri üçün həyəcan təbili çalır. İsrailin “Walla” saytında yer alan xəbərə görə, Baş Qərargah rəisinin danışıqlar zamanı Qəzza zolağının cənubunda yerləşən Rəfahın işğalı ilə bağlı əməliyyat planlarını təsdiqlədiyi bildirilib. İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich də bu gün verdiyi açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Rəfahı işğal etmədikcə fəaliyyət göstərməyə olmağa haqqı olmadığını bildirib.

Fələstin prezidenti Mahmud Abbas Qəzzadan qaçan bütün fələstinlilərin Rəfahda toplaşdığını bildirib. “Fələstin xalqının tarixində ən böyük fəlakətin baş verməsinə yalnız bir kiçik zərbə qalıb. İsrail keçən həftə Rəfaha hava hücumlarını artırdı. Önümüzdəki günlərdə İsrailə Rəfaha hücum edərək nə edəcəyi bəlli olacaq”, Mahmud Abbas deyib.

COP29

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv