HƏMAS Trampın Qəzza planına dəyişiklik istəyir
HƏMAS rəsmiləri ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planında tərksilahla bağlı bəndlərə düzəlişlər edilməsini istəyir.
Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” fələstinli mənbələrə istinadla məlumat yayıb.
“HƏMAS üzvləri çərşənbə axşamı Dohada Türkiyə, Misir və Qətər rəsmiləri ilə müzakirələr aparıb. Qrup Trampın təklif etdiyi plana cavab vermək üçün bir neçə günə ehtiyac duyduğunu qeyd edib”, – məlumatda qeyd olunub.
Mənbələrin məlumatına görə, HƏMAS üzvləri bəzi maddələrdə, xüsusilə tərksilahla bağlı olan maddədə dəyişiklik etmək istəyir.
Bundan əlavə, HƏMAS liderləri İsrailin Qəzza zolağından tam çıxması üçün beynəlxalq zəmanətlər, həmçinin ərazinin daxili və ya xaricində sui-qəsdlərin baş verməməsi ilə bağlı təminatlar gözləyir./axar.az