Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həmid Həmidov: “Namizədlər “kreslo”ya əyləşmək istəyirlər, nəinki... ” - VİDEO

Reklam: Sinerji Pro

Açığı, deputatlığa namizəd olan şəxslərdən, onların kampaniyasından heç xoşum gəlmir.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalist Həmid Həmidov İTV-də yayımlanan “3D” sosial-ictimai proqramında deyib.

O, deputatlığa namizəd olan şəxslərin sosial mediada apardıqları təşviqat kampaniyaları və şüarlarından narazı olduğunu söyləyib:

“Deputatlığa əsl namizəd ciddi, peşəkar və kifayət qədər təcrübəli olmalıdır. Təcrübəli insanları namizədlər arasında görmürəm.

Namizədlərin əksəriyyəti təcrübəsizdir. Hiss edirəm ki, onların kreslo sevdası var. O kresloya əyləşmək istəyirlər, nəinki insanlara kömək etmək. Namizədlərin şüarları maraqsızdır. Hətta bəzən primitiv şəkildədir”.

Aparıcının “Həmkarlarınızdan bir çox jurnalistlər də namizədliyini irəli sürüb. Məğlub olandan sonra yenə jurnalist fəaliyyətlərini davam etdirə biləcəklər?” sualına jurnalist belə cavab verib:

“Niyə də yox? Onsuz da əksəriyyəti məğlub olacaq. İstər jurnalist, istərsə də başqa peşənin sahibləri. Düşünürəm ki, onlar qayıdıb öz işləri ilə məşğul olacaqlar”.

Sonra H.Həmidov İTV-də “Diqqət mərkəzi yekun” proqramında səsləndirdiyi “Bütün KİV-in üzərindən nəzarət yığışdırılsın və açıq bazar şəraitində güclü yaşasın, zəiflər isə məhv olub getsin” fikirlərinə bu cür aydınlıq gətirib:

“Onların gəliri haradan gəlir? Təbii ki, reklamdan. Bu isə öz növbəsində normal bir prosesdir”.

“Saytlar, KİV əksəriyyəti onlara müəyyən qurumlar tərəfindən ayrılan pulların hesabına yaşayırlar və qurumlar o pulu susqunluğu qorumaq üçün verirlər” şərhinə isə onun cavabı belə olub:

“Mən ona görə dedim ki, bu, olmamalıdır. KİV-in gəliri ancaq reklamlardan gəlməlidir. Mən şəxsən istərdim ki, belə olsun. Açıq rəqabət, normal sivil bazar olsun”.

Proqramın aparıcısı Dadaş Dadaşlinskinin “Niyə mətbuata inam yoxdur?” sualına H.Həmidovun reaksiyası belə olub:

“Niyə olmalıdır ki? Yəqin ki, özünüz də izləyib görürsünüz ki, mətbuat nə gündədir. O gündə olan mətbuata sizcə, inam olacaqmı? Məncə olmayacaq. Mətbuat azad olmalıdır. Heç kim mətbuatı idarə etməli deyil. Yeganə çıxış yolu da budur”.

D.Dadaşlinskinin “Mətbuatın azad olmasını sizdən yaxın bir neçə aydır ki eşidirəm, əvvəllər belə çıxışlarınızı eşitməmişəm” fikrinə H.Həmidov belə cavab verib:

“Bundan öncə verilişlərə çağırmayıblar (gülür). Oxucularım da bilirlər ki, mən hər zaman bu fikirdə olmuşam. Mən 1990 və 2000-ci illərdə azad mətbuatı görmüşəm. Sonradan isə azad mətbuat məhv olub gedib. Əgər bu mövzuda açıq danışmaq istəyirsinizsə, daxili senzura var. Bu gün də var. Biz bunu etiraf etməliyik. Çərçivələr daralıb”.

Daha sonra jurnalist “Youtube”dakı layihəsindən söz açıb. O, proqramın rus dilində olmasına bu cür aydınlıq gətirib:

“Nadir hallarda elə olur. “Давай поговорим с Гамид Гамидовым” proqramıma gələn qonaqlar əksəriyyəti rus dilində danışır. Qonaqlar və mən rusdilliyik. Düşünürəm ki, bu, normal bir haldır. Hazırladığım verilişdə Azərbaycan dilində danışanlar da var.

Rus dilində danışmalarını məcbur etmirəm. Qorqud adlı bir aktyor verilişdə gah rus, gah da Azərbaycan dilində danışırdı. Aktyor Taleh Yüzbəyovla isə dialoqumuz Azərbaycan dilində olub. Bu, problem deyil”.

“İnsanlar namizədlərlə üz-üzə gəlib, fikir mübadiləsi aparmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə paylaşılan videolarda görürəm ki, namizədlər öz seçicilərilə görüşməyə gəldikdə insanlar həll olunmamış problemini, dərdini keçmiş deputatların üzünə açıq-aşkar deyirlər. Sizcə, deputatlara qarşı insanların bu dərəcədə cəsarətli olması nə ilə əlaqədardır?” sualına isə jurnalist H.Həmidovun cavabı aparıcı D.Dadaşlinskini təəcübləndirib:

“Əvvəllər də ola bilər ki, deyiblər. Hansısa kəndə gələndə insanlar öz sözlərini onlara deyiblər. İndi isə hamının əlində mobil telefon var. 15 il öncə isə mobil telefon az idi və ya ümumiyyətlə, yox idi.

Çəkib yükləyirlər sosial şəbəkələrə, biz də bunları görürük. Vaxt var idi ki, camaatda bir az qorxu var idi. İndi isə qorxu yoxdur. İndi açıq-aşkar üzlərinə deyirlər. Əslində, bu, çox yaxşı və müsbət amildir. Camaat bezib. On il ard-arda bir dairədən eyni insan deputat seçiləndə, o şəxsdən insanlar bezirlər. Fayda görməyəndə isə bezib açıq-aşkar etiraz səslərini ucaldırlar”.

www.yenicag.az

531
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100