Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Həmin səhvləri etməməyə çalışacağıq” - Qurban Qurbanov

Reklam: Sinerji Pro

İyunun 9-da Riqada Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, millimizin çalışdırıcısı bunları söyləyib:

“Hazırlıq prosesində son yoxlama oyunumuzdu. Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşgünlüyü var idi. Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək. Gördüyünüz kimi, hər oyunda dəyişikliklər edirik ki, futbolçuların hamısının potensialına bələd olaq. Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki onların indi hansı hisslər keçirdiyini də bilirəm. Təcrübəmiz göstərir ki, belə məğlubiyyətlər bəzən bizə kömək edir. İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudu və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardı. İstənilən halda, milli komandanın formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan. Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq. Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar sabahkı qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.

Loading...

www.yenicag.az

1043
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100