Həmyerlimizin Bakıda sərgisi açılıb

media-hightechnic-468x90

загруженное (21)Sentyabrın 17-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində dekorativ tətbiqi sənəti üzrə rəssam Kəmalə Kərimova Janssonun “Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Tədbirdə “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, Xalq Rəssamı Ağəli İbrahimov və başqaları çıxış edərək rəssamı təbrik edib və ona uğurlar arzulayıblar.

Vurğulanıb ki, hazırda Kəmalə Kərimova Jansson İsveçdə yaşamasına baxmayaraq etnoqrafiya ilə məşğul olur və bu istiqamətdə sənət əsərləri yaradır. O, sənətə vurğun, sənətlə yaşayan insandır.

Natiqlər Kəmalə Kərimova Janssonun 25 ildən artıqdır ki, dekorativ tətbiqi sənət üzrə rəssam olduğunu söyləyiblər. Bildirib ki, bu günədək o, bir çox ümumi sərgilərdə Azərbaycan milli geyimləri və tikmələrini işləyərək nümayiş etdirib.

Rəssam bu sərgisinin Vətəndə təşkil olunmasını çoxdankı arzusu kim dəyərləndirib. Sərginin qonaqlarda keçmiş dövr ovqatı yaratdığını söyləyən Kəmalə K. Jansson məqsədinin Azərbaycanın milli geyimi və tikmələrini olduğu kimi təbliğ etmək və dünyaya tanıtdırmaq olduğunu deyib.

O, dekorativ tətbiqi sənət nümunələrini hazırlayarkən etnoqraflarla məsləhətləşdiyini, tarixi muzeylərə gedərək faktlar əsasında işlədiyini diqqətə çatdırıb.

Hələlik kolleksiyasında ancaq qadın geyimlərinin olduğunu qeyd edən rəssam, gələcəkdə kişi və uşaq geyimlərinin hazırlanmasını və bütün kolleksiyanın dəfilə şəklində təqdim olunmasını planlaşdırdığını söyləyib.

Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.

Sentyabrın 20-dək davam edəcək sərgidə XVIII-XIX əsrlərə aid 11 qadın geyimi, zinət əşyaları və aksesuarlar nümayiş olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600