“Hər bir narkoman potensial satıcıdır” - Ekspert rəyi

media-hightechnic-468x90

“Bəziləri mənim Narkomaniya üzrə ekspert kimi Tv-lər, saytlar və video müraciətlərimdən elə anlayıb ki, mən əvvəl narkoman olmuşam”.

Bu barədə QHT.az-a açıqlamasında Narkomaniya üzrə ekspertEmil Maqalov qeyd edib. O, qeyd edib ki, ekspert olmaq üçün narkoman olmağa ehtiyac yoxdur:

media-img_3739

“Mən nəinki narkotikdən, heç spirtli içkidən də istifadə etmirəm. Narkomaniya üzrə ekspertliyim isə həm ətrafımdakı bəzi insanlara təmənnasız, pulsuz, sponsorsuz köməklik arzumdan, bacarığımdan həm də, QHT-lərdən yarandı.  Şükür Allaha, əməyimin kiçik də olsa nəticələri də göz önündədir”.

Emil Maqalov hər bir narkomanın potensial satıcıya çevrilə bildiyini vurğulayıb: “Çünki bir müddətdən sonra şiddətli ağrıları başlayır və mütləq “mal” əldə etmək məcburiyyətindədir. Topdan bir qram alanda məsələn 10 yerə bölür ki onda üçünü- beşini istifadə edib, qalanını satsın. Çünki, həm özünə istifadəyə narkotik maddə saxlaya bilir, həm satıb sabaha “mal” almağa qazana bilir. Onu da qeyd edim ki, satıcılığa görə 12 ilə qədər iş düşür. Bununla mübarizə çox qəliz məsələdir. Ona görə bütün cəmiyyətin problemidir və bununıa yalnız dövlət polis məşğul olsun demək olmaz”- deyə qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa