Hərbi helikopter qəzaya düşdü – Ölənlər var

Liviyada helikopter qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, biri isə yaralanıb.

Liviya Silahlı Qüvvələrinə məxsus karqo helikopteri Şherrea neft ərazisinə düşüb.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.