Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbi helikopterlər toqquşdu - General həlak oldu

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığı məlumat verib.

“Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, – deyə qeyd olunub. Qeyd edilib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Qeyd edək ki, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəriti ilə bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

819
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100