Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Hərbi-idman oyunlarında saxtakarlıq: "Uşaqların vətənpərvərlik ruhunu məhv etdilər"

Reklam: Sinerji Pro

“Şahinlər” hərbi-idman oyunu üzrə zona yarışına yekun vurulub.

Yenicag.az xəbər verir ki, final mərhələsinin nəticəsində saxtakarlıq qeydə alınıb.

Bu iddia ilə Mingəçevirin “Simurq” şahinlər komandasının rəhbəri Namiq İbrahimli çıxış edib.

Saytımıza danışan İbrahimli bildirib ki, nəticələr heç də həqiqəti əks etdirmir:

“Biz Mingəçevir şəhəri üzrə birinci yerə çıxdıq. Ardınca Gəncədə keçirilən zona finalına vəsiqə qazandıq. Bəribaşdan deyim ki, Mingəçevir komandası hər il zona üzrə birinci yerə çıxır. Amma nədənsə bu dəfə nəticələr ədalətli hesablanmadı. Belə ki, yarışın keçirildiyi hərbi hissənin zabit-gizir heyəti də, digər komandaların rəhbərləri də “Simurq”un zona qalibi olacağına şübhə etmirdi. Bütün mübarizələrdən də “əla” qiymətlər almışdıq. Lakin yekun nəticə açıqlananda hər kəs şoka düşdü. Bizi pərdəarxası hesablamalara görə, 4-cü yerə layiq gördülər. Bu azmış kimi, bizə nə hesablamaları, nə də protokolu göstərdilər.

Bütün bunlar  Gənclər və İdman Nazirliyinin rəsmisi Altay Paşayevin və Gəncə Gənclər İdman İdarəsinin rəisi Müşviq Cəfərovun işləridir. Bu qədər saxtakarlıq olmaz. Nəticələr açıqlandığı gündən şagirdlərim özlərinə gələ bilmirlər. Onlardan 4-ü Hərbi Ali Məktəbə hazırlaşırdılar. Bu ədalətsizlikdən sonra hamısı fikrindən daşınıblar. Təsəvvür edin, birinci yerə layiq görülən Samuxun komanasının rəhbəri də şokda idi. Özü də bildirdi ki, birinci yerin qalibi Mingəçevir təmsilçisi olmalıdır. Nəticələrlə bağlı hər nə qədər şikayət etsək də, heç kim buna məhəl qoymadı. Belə ədalətsizlik, rəzalət olmaz. Altay Paşayev, Müşviq Cəfərov kimi insanlar uşaqların vətənpərvərlik ruhunu məhv etdilər”.

Emin Səfərov

Loading...

www.yenicag.az

4965
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100