Hərbi jurnalist Səxavət Məmmədin “Savaş və Duman” adlı kitabının təqdimatı KEÇİRİLDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

Milli Azərbaycan Tarixi Muzeyində hərbi jurnalist Səxavət Məmmədin Vətən müharibəsindən bəhs edən “Savaş və Duman” adlı kitabının təqdimat və imza mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirə Vətən müharibəsi iştirakçıları, hərbi ekspertlər və media nümayəndələri qatılıb.

Kitab Qarabağ müharibəsi və həmin dövrdə baş verən hadisələri real və dərin şəkildə təsvir etməsi ilə diqqət çəkib.

Tədbirdə çıxış edənlər Səxavət Məmmədin əsərində müharibənin bütün acı və çətinliklərini təsvir etdiyini vurğulayıblar. Eyni zamanda, döyüş meydanında yaşanan hər anı tam real şəkildə əks etdirdiyini qeyd ediblər.

Hərbi ekspertlər isə kitabın müharibə ilə bağlı olan gerçəklikləri və onun insan psixologiyasına olan təsirlərini ustalıqla təqdim etməsini yüksək qiymətləndiriblər.

Təqdimatın sonunda isə Səxavət Məmməd oxucuların əldə etdiyi kitabları imzalayaraq onlara daim xatırlayacaqları kiçik xatirə hədiyyə edib.

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600