Hərbi prokuror: "Elnur Hüseynzadə barəsində araşdırma aparılır”  

media-hightechnic-468x90

Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.

media-banner_tuq

Yeniçağ.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Hərbi Prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, E.Hüseynzadə əvvə­llər hərbidə xidmət edib:

“Amma düşmən tərə­finə keçməzdən əvvəl ­hərbi xidmətdən tərxi­s olunması barədə əmri­ var. Bununla bağl­ı hazırda araşdırma aparı­lır”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05