Hərbi təyyarələrimiz növbəti dəfə İstanbul səmasında - FOTO

media-hightechnic-468x90

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Yenicag.az xəbər verir ki, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.

Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MİQ-29” döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600