Hərbi vertolyot qəzaya uğradı
Rusiyanın paytaxtı Moskvada Mi-8T helikopteri qəzaya düşüb. Qəzaya uğrayan helikopter paytaxtın Mir prospektinə düşüb.
Moskvada qəzaya uğradığı xəbəri yayılan Mi-8T helikopteri ilə bağlı rəsmi açıqlama verilib.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi RİA Novosti xəbər agentliyinə bildirib ki, helikopterin qəzaya düşməsi ilə bağlı heç bir məlumat yoxdur.
“Xilasedicilər Moskvada “Mir” prospektində düşdüyü bildirilən Mi-8T helikopterin qəzaya uğraması ilə bağlı heç bir iz aşkarlanmayıb. Hadisə yerində araşdırmalar apardıq, heç nə aşkar edilmədi”, – deyə FHN nümayəndəsi bildirib.ğ
Qeyd edək ki, təxminən bir saat bundan əvvəl Rusiya mətbuatında xəbər yayıldı ki, paytaxt Moskvada Mi-8T hərbi helikopteri qəzaya uğrayıb.