Həsən Zeynallının (Kür) vəziyyəti stabilləşib, süni tənəffüs apartından ayırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.
“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir”, – deyə həkim bildirib.
Leyla Mərcan əlavə edib ki, Həsən Kürün heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır.
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib, “Sevinc Moll” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O, həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
www.yenicag.az