Həsən Ruhani Rusiyaya səfər edəcək

media-hightechnic-468x90

hesen ruhani-1İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək. Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O bildirib ki, İran prezidenti 9-10 iyul tarixlərində Ufa şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan bu təşkilatın daimi üzvləridir. Monqolustan, İran, Hindistan, Pakistan və Əfqanıstan isə müşahidəçi statusu daşıyırlar. Ufada keçiriləcək toplantıda Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsi ilə bağlı siyasi qərarın veriləcəyi gözlənilir. İran, Hindistan və Pakistan təşkilata üzv ola biləcək əsas ölkələr kimi qeyd edilir. Bir sıra ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın təşkilatda müşahidəçi statusu almaq barədə müraciət etdiyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600