Həssas dönəmdə Avropadan Bakıya SƏFƏR: “Ermənistanın siyasi yalanlarını müdafiəyə gəlibsə...”

media-hightechnic-468x90

“ATƏT Parlament Assambleyası Prezidentinin Azərbaycana səfəri yeni, həm də müsbət proseslər üçün səbəb və başlanğıc ola bilər”.

Bu fikirləri ATƏT-in Parlament Assambleyasının Prezidenti Pia Kaumanın Azərbaycan səfərinin mümkün məqsədlərindən danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ATƏT rəsmisinin Bakıya səfəri regionda yeni proseslərə təkan verə bilər:

“Bu gün Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda hələ ki möhkəm sülh və təhlükəsizlik şəraiti bərqərar olmayıb. Bunun səbəbi Ermənistanın destruktiv mövqeyidir. İndiki şəraitdə müxtəlif Avropa strukturlarından ölkəmizə qarşı bəzən qərəzli və yanlış yanaşmalar müşahidə edirik.

Xüsusilə Azərbaycanın regionda sülhün təmin olunması üçün şərait yaratdığı dövrdə Ermənistana bəzi Avropa strukturlarının dəstəyi çox böyük təhlükədir. Çünki Avropa Şurası regionda yeni yaranmış reallıqlara qərəzli münasibət bəsləyir.

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini “etnik təmizləmə” adlandıran Avropa strukturları bir çox hallarda erməni lobbisinin təsiri altında əleyhimizə bəyanatlar səsləndirir. Belə olan halda, qitədə təhlükəsizliyin əsas təşkilatlarından biri sayılan ATƏT-in obyektiv və şəffaf yanaşmasına ciddi ehtiyac var.

Bu səbəbdən ATƏT Parlament Assambleyası Prezidentinin Azərbaycana səfəri yeni, həm də müsbət proseslər üçün səbəb və başlanğıc ola bilər. Gözləntilərimiz ATƏT-in digər Avropa strukturları kimi müxtəlif təsirlər altına düşməməsi, regionda yaranan yeni reallıqlara obyektiv yanaşmasıdır.

Əgər ATƏT rəsmisi Ermənistanın siyasi yalanlarını müdafiəyə gəlibsə, bu və digər səfərlərin hər hansı ciddi nəticəsindən danışmaq mümkün deyil. ATƏT təmsilçisinin Bakıya səfərindən gözləntilərimiz çox olsa da, nəticəni gələcək göstərəcək”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600