Həyat yoldaşının sevgilisinin üzünü yandırdı-Foto
28 yaşlı avstraliyalı Dava Vulin adlı qadın 2 il ərzində yanıqdan güclü zədələnmiş üzünü gizlətmək üçün taxmağa məcbur olduğu maskanı çıxarıb.
Bu qadın 2012-ci ilin fevralında evində divanda əyləşərkən yanığın qurbanı olub. O zaman Natali Dimitrovska onun üzərinə zəhərli spirt tökərək yandırmışdı. Hadisədən sonra Vulin əvvəl komaya düşüb, daha sonra isə Avstraliyanın qərbindəki rekonstruktiv cərrahiyyə bölməsində 30 aylıq müalicə alıb. Zərərçəkən 30-dan çox əməliyyat keçirib.
Dmitrovsiyə gəlincə isə, onun belə qəddar addım atmasına səbəb həyat yoldaşını qısqanması olub. Vulin onun üzünü yandıraraq eybəcər hala salan qadının həyat yoldaşı ilə 2011-ci ildə kazinoda təşkil edilən Yeni il gecəsində tanış olub.
Bundan xəbər tutan Dimitrovska onun gözəl çöhrəsini eybəcərləşdirəcəyi ilə hədələyir və sonunda bunu həyata keçirir. O, ağır bədən xəsarətləri yetirməkdə günahlandırılaraq 17 il azadlıqdan məhrum edilib.