Heyvanlar danışmağı necə bacarır?

media-hightechnic-468x90

269906Əgər sizin ev heyvanınız varsa, onunla heç olmasa, bir dəfə də olsun, danışmısınız. Sanki qarşınızdakı insandır. Sözsüz ki, heyvanlar danışa bilməzlər? Bəlkə də bilərlər. Bəzi heyvanlar danışmağı bacarırlar.

Koşik adlı Asiya filinin xüsusi istedadı var. O, Koreya dilində bəzi sözləri bilir – annyong (salam), anja (otur), aniya (yox), nuo (uzan) и choah (yaxşı). Çox güman ki, fil dediyi sözlərin mənasını dərk eləmir, ancaq onun sözləri deməsi də heyrətamizdir. Cənubi Koreyanın “Everlend” zooparkında yaşayan Koşik danışmağı 2004-cü ildə öyrənib.

Nok isə ilk sözlərini 1984-cü ildə, hələ 9 yaşı olanda deyib. İnsan üçün belə yaşda danışmaq çox gecdir. Ancaq delfinin heç danışmamağındansa, gec danışmağı da yaxşıdır. Bu ağ delfin cinsi yetişkənlik yaşına çatanda danışıq qabiliyyətini itirib.

Aleks adlı boz tutuquşu 13 il yaşadığı üçün elmi tədqiqatların predmeti olub. 2007-ci ildə ölümünə yaxın onun lüğət ehtiyatında 100 söz olub. Deyilənə görə, 4 yaşlı körpənin intellekti olub onda.

1971-ci ildə tapılan Quver adlı suiti ingilis dilində bəzi sözlər ifadə edə bilib.

Adının səfeh səslənməsinə baxmayaraq, Odu heç də səfeh deyil. Onun söz ehtiyatı 3 sözdən ibarət olsa da, insanların diqqətini cəlb etmək üçün kifayət edib. Bu it ingilis dilində “I love you” (Mən səni sevirəm) sözlərini deyə bilib.

Nkisi Afrika boz tutuquşusu cinsindəndir. Onun söz ehtiyatı 950-yə çatırdı. O sözlərini lazımi məqamda tam kontekstdə işlədə bilirdi. Tutuquşu felin zamanlarını da bilirdi.

Blekinin də söz ehtiyatı az idi. Buna baxmayaraq, 1970-ci illərin sonunda televiziya proqramlarına çıxaraq “Mən səni sevirəm” və “Anamı istəyirəm” sözlərini deyirdi.

Sibir xaskisi olan Mişka “Mən səni sevirəm” və “Acmışam” sözlərini deyə bilirdi.

18 yaşı olan tutuquşu Eynşteyn ABŞ-ın Tennessi ştatındakı Noksvill heyvanxanasının daimi sakinidir. O, 200-dən çox söz və 70-ə yaxın jest bilir.

Şimpanze Lyüsi Temerlin bildiyi 140 sözdən tez-tez istifadə edirdi. (milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600