Hicran Hüseynova Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırdı

media-hightechnic-468x90

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə  Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, H.Hüseynovanın sədr vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır: “Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrası sədr müavinləri – Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb. Hələ ki, Hicran Hüseynova imzatoplama mərhələsindədir”.

Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05