Hidayət liderlər sırasında

media-hightechnic-468x90

Mövsümün arxada qalan hissəsində ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, liderlər arasında Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.

Azərbaycan millisinin cüdoçusu bu il 4 dəfə fərqlənib. Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində birinci yeri tutan Hidayət Zaqrebdə Avropa çempionatının qalibi olub. O, Abu-Dabidə dünya çempionu adını da qazandıqdan sonra Parisdə olimpiya titulunu qazanıb.

Rekord isə əfsanəvi Teddi Rinerə məxsusdur. Fransalı ikisi Olimpiadada olmaqla 6 qızıl medal əldə edib.

Digər Olimpiya çempionu Barbara Matiçin (Xorvatiya) 5 qızıl medalı var. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) da daxil olmaqla, daha dörd cüdoçunun ən yüksək əyarlı 4 medala malikdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600