Hikmət Babaoğlu: “Ermənistanda referendum sülhün qapısını aça bilər"

media-hightechnic-468x90

 

media-banner_tuq

“Seçkidən dərhal sonra Ermənistanda referendum keçirilməsi təklifi sülhün yaxınlaşdığının göstəricisidir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat Ermənistanda referendumun yaxın vaxtlarda baş tutma ehtimalı haqqında gəzən söz-söhbətlərə münasibət bildirərək, bu xəbəri sülhün carçısı adlandırıb:

“Ermənistanda keçirilən seçkinin nəticəsi təkcə Paşinyanın qələbəsi deyil, həm də sülh mövqeyi tutan seçicilərin qiymətləndirilməsidir. Görünən odur ki, rəsmi statistikalar Ermənistan ictimaiyyətinin Azərbaycanla sülh imzalamasını istədiyini göstərir və bu ölkədə də hər kəs Azərbaycanda olduğu kimi sülh tərəfdarıdır. Digər tərəfdən, sülhün yolu Ermənistanda konstitusiyanın dəyişdirilməsindən keçir. Aydındır ki, bu proses nə qədər tez başa çatarsa, sülh müqaviləsi bir o qədər tez imzalana bilər və sülh müqaviləsi Ermənistan üçün daha böyük rifah və sabitlik qapısını aça bilər. Regionda və dünyada baş verən hadisələrin daha ciddi təsirlərindən yayınmaq üçün ən qısa zamanda sülhü inşa etmək lazımdır və təqdir olunmalıdır ki, seçkidən dərhal sonra Ermənistanda referendumdan söhbət gedir. Paşinyanın atacağı bu addım erməni xalqının yeni konstitusiyaya səs verməsinə səbəb olacaq. Həmin konstitusiyada Azərbaycana qarşı ərazi iddiası olmayacaq. Bu, bizi sülhə daha da yaxınlaşdıracaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05