Hikmət Həsənov: "Zəngəzur dəhlizinin reallaşmasına çox az vaxt qalıb"
Son dövrlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanla münasibətlərə və sülhə dair müxtəlif açıqlamalar verirlər. Bu isə onu göstərir ki, artıq Paşinyan və komandası sülh prosesini blokada və özünütəcrid vəziyyətindən çıxmaq üçün bir vasitə olduğunu, Cənubi Qafqazda sabitliyin və iqtisadi inteqrasiyanın məhz Azərbaycanla normal münasibətlər qurmaq, sülh müqaviləsini imzalamaqdan keçdiyini dərk etir. Bir neçə gün əvvəl erməni parlamentinin vitse-spikeri Ruben Rubinyandan sonra Baş nazir Nikol Paşinyan da bu məsələ ilə bağlı açıqlamalar verib.

Baş nazir bildirib ki, “Sülhə və rifaha aparan Tramp yolunun nə olduğunu qeyd etmək çox vacibdir”. Bu açıqlama isə göstərir ki, artıq Zəngəzur dəhlizinin reallaşmasına çox az vaxt qalıb və erməni tərəfi sözdən əmələ keçmək niyyətindədir. Paşinyan anlayır ki, bu layihə Ermənistana iqtisadi dividentlər gətirməklə yanaşı, stabilliyə, sülhə doğru mətin addımdır. Erməni hökumət başçısının Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yolu Ermənistan ərazisindəki investisiya layihəsi kimi təsvir etməsi, rəsmi İrəvanın Zəngəzur dəhlizi mövzusunda ritorikasını yumşaltmaq istədiyini göstərir. Bu yanaşma, Bakı ilə İrəvan arasında ən gərgin məsələ olan “kommunikasiyaların açılması” mövzusunda ortaq məxrəcə gəlmək üçün atılmış diplomatik bir addım sayıla bilər.
Rusiya-Ukrayna müharibəsi və Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən şimal marşrutları riskli vəziyyətə düşüb. Bu səbəbdən də son illər alternativ marşrut layihələrinə marağın getdikcə artmasına səbəb olub. Bu kontekstdə Orta Dəhliz, xüsusən də Azərbaycandan keçən hissə, Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edir və Qərbin ciddi marağına səbəb olub. Paşinyan da geosiyasi vəziyyəti nəzərə alaraq, Zəngəzur dəhlizinin əhəmiyyəti barədə açıqlama verir. Ermənistan bu yolla Avropa İttifaqını sülh prosesində daha aktiv və bəlkə də daha çox “tərəfkeş” (maliyyə maraqlarına görə) etməyə çalışır.
Paşinyanın bu yolu Orta Asiya və Avropa arasında körpü kimi təqdim etməsi əslində Azərbaycanın illərdir apardığı “logistik hab” siyasətinin təsdiqidir. Azərbaycan bu məsələyə qalib tərəf kimi baxır: İrəvan artıq Bakının yaratdığı yeni reallığa (Zəngəzur dəhlizi reallığına) uyğunlaşmağa çalışır. Azərbaycan üçün bu açıqlama Ermənistanın nəhayət ki, öz təcridindən çıxmaq üçün Azərbaycanın təklif etdiyi regional inteqrasiya modelinə – “Zəngəzur dəhlizi” vasitəsilə qlobal ticarətə qoşulmağa məhkum olduğunu qəbul etməsi deməkdir.
Paşinyanın bu açıqlamalarına Azərbaycanın dövlət maraqları və Bakının indiyədək apardığı strateji xətt prizmasından baxdıqda mənzərə xeyli fərqli görünür. Azərbaycan üçün bu, sadəcə bir “yol” deyil, həm də suverenlik, təhlükəsizlik və 30 illik blokadanın tamamilə qırılması məsələsidir. Bakı üçün əsas məsələ Naxçıvana gedən yüklərin və sərnişinlərin Ermənistan tərəfindən süni bürokratik maneələrlə (gömrük, yoxlama və s.) üzləşməməsidir.
Qısacası, Ermənistan anlayır ki, Zəngəzur dəhlizini açmağa məhkumdur və iqtisadi inteqrasiya, inkişaf məhz Azərbaycanla sülhdən asılıdır. Rəsmi Bakı üçün isə bu dəhliz həm Naxçıvanla birbaşa əlaqə, həm də regional qovşaq kimi strateji mövqeyini möhkəmləndirmək deməkdir.