!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Himni oxumadığı üçün Rahidi "içəri" salmaq lazımdır?" - Qurban Qurbanov

!Reklam – Yazi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan (1:5) matçından öncə millimizi kapitan kimi meydana çıxaran Rahid Əmirquliyevin dövlət himnini oxumaması birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbamov da sözügedən məsələyə münasibət bildirib. O, açıqlamasında Ağdam klubunun yarımmüdafiəçisini müdafiə edib:

“Sizcə, Rahidi “içəri” salmaq lazımdı? Bu barədə düşünməmişəm. Rahid bundan əvvəl də yığmada komandanı kapitan kimi meydana çıxarıb. Himni oxumaq vətənə olan sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olublar. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdır. Rahidə insan kimi həmişə qibtə etmişəm”.

www.yenicag.az

4347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv