Hitleri yıxan əsas səbəblər– Gizlədilən həqiqətlər…
Nasizm ideyasını yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri, reyx-kansler və nəhayət Almaniyanın füreri (prezident) Adolf Hitler dəhşətli 2-ci dünya müharibəsinin baiskarı kimi tarixin səhifələrində qanlı iz qoyub.
Qısa zaman ərzində müdhiş qələbələr əldə edən Hitler Almaniyası bəs nəyə görə anidən məğlubiyyətə düçar oldu?
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ alimlərinin araşdırmasına görə, Hitler parkinson xəstəliyinə tutulmuşdu. Zənn edilir ki, bu xəstəlik onun verdiyi siyasi qərarlara və karyerasına mənfi təsirlərini göstərib.
Sözügedən ölkənin elm adamları tədqiqatlara əsasən belə qərara gəliblər ki, Hitler uzun illər parkinson xəstəliyindən əziyyət çəkirdi, Bu səbəbdən o, olduqca qəddar davranış sərgiləyir, qeyri-insanı qərarlar verirdi.
Araşdırmalara görə Hitlerin yarıtmaz siyasəti nəticəsində alman ordusu 1941 –ci il Normandiya, 1942-ci ildə Rusiya, daha sonra isə 1943-cü il Stalinqrad ətrafında məğlubiyyətə düçar olub.
Hətta şəxsi həkimləri Maks de Crinis və Ernst Şenk diktatora “parkinson xəstəliyi” diaqnozunu qoyublar. Onun qolları və ayaqlarının daim titrədiyi də bildirirdilər. Ölmədən öncə Hitlerin mədə ağrısı, xroniki yuxusuzluq hallarından əziyyət çəkdiyi də faktlar arasında yer alıb.
Daha müəmmalı məqamlardan biri diktatorun narkotik istifadəçi olduğu barədə söyləntilərdir. İngiltərənin “Chanell 4” telekanalının əldə etdiyi gizli sənədlərdə bu barədə faktlar öz əksini tapıb.
2-ci Dünya müharibəsi dövründə ABŞ kəşfiyyatının əldə etdiyi 47 səhifəlik sənəd Hitlerin narkotik maddələr qəbul etdiyi və bu səbəbdən də parkinson xəstəliyinə tutulduğunu təsdiqləyir.