Almaniyada keçirilən hərracda satılan 14 tablonun müəllifinin Adolf Hitler olması ehtimal olunur. Yenicag.az aif.ru-ya istinadən verdiyi xəbərə görə Nurenberqdə keçirilən hərracda tablolara cəmi 450 min dollar verilib. Əsərlər akvarellə çəkilib.
Tabloların içində nə bahalısı Noyşvaynştayn qəsrinin təsviri olub. Bu bina Bavariyada yerləşir. Tabloya 113 min dollar ödənilib.
Tabloları əldə edən şəxsin kimliyi məlum deyil. Almaniyada nasizmin təbliği qadağandır. Hitlerin akvarellərində isə nasist simvolları olmadığı üçün onları satmaq qanuna zidd deyil.
www.yenicag.az