Hizbullah komandiri öldürüldü – Video/18+
Suriyada Hizbullah terror təşkilatının komandirlərindən biri Həsən Mənsurun müxaliflərin hücumu nəticəsində öldüyü açıqlanıb.
Suriya ordusuna dəstək üçün Kalamuna əsgər yığan Hizbullah və iraqlı Fələq Əl-Bədir briqadası xadimlərinin dəstələri Dəməşq çölündə olan Kalamun və Yabrud bölgəsində çox ciddi itkilər verib.
Həsən Mənsur haqqında mediada çıxan xəbərlərdə Livan-Suriya sərhədində İsrail bombardmanında öldürüldüyü deyilsə də, ölümü haqqında çox ziddiyyətli xəbərlər yayılmış və onun hansı şəkildə öldüyü açıqlanmamışdı.
Kalamun Koordinasiya Komitəsi tərəfindən edilən açıqlamada Kalamun bölgəsində Hizbullah komandirinin 2 həftə əvvəl öldürüldüyü və Hizbullah qaynaqlarının bu məlumatı gizlətdiyi bildirilir.
Öldürülən Hizbullah komandiri Həsən Mənsurun videosu:
axar.az