Hovuzda növbəti faciə: 10 yaşlı uşaq öldü – Azərbaycanda

Xudat şəhəri, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Fakt araşdırılır.

Yenicag.az

 

COP29