Naxçıvanın yeni Baş naziri Cabbar Musayev kimdir? — DOSYE

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin edilib. Muxtar respublika Ali Məclisinin qəraraı ilə bu vəzifəyə Cabbar Musayev gətirilib.Yenicag.az yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05