Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ölüb. Ölənlərin hamısı “Mitsubishi”də olublar.
Artıq qəzada ölənlərin şəxsiyyəti də müəyyənləşib. Həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.
Ölənlər bunlardır: Aslanov Faiq, Aslanov Fikrət, Aslanov Mərziyyə, Aslanova Xanımgül, Aslanov Namiq, Aslanova Məsmə.
İki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb: Bunlardan “Mitsubişi”dən sağ çıxarılan 7 yaşlı Aslanov Ülvi Faiq oğlu, digəri isə “Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğludur.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az