!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Akardan döyüş xəbərdarlığı: “Tələblərimizlə bağlı irəliləyiş olmazsa, hərəkətə keçəcəyik”

!Reklam – Yazi

“Təhlükəsiz bölgə məsələsi arzu etdiyimiz kimi deyil”.

Yenicag.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin “Türkiyənin ABŞ-dan tələbi nədir?” sualını cavablandırarkən bu fikri səsləndirib.

Hulusi Akar deyib ki, Suriya sərhədində təhlükəsiz bölgə məsələsilə bağlı ABŞ-la razılığa gəlinməyib: “YPG-lilərin ərazidən çıxarılması, istehkamlarının ləğvi məsələsi, ağır silahların təhvil verilməsi kimi tələblərimiz var. Bu tələblərimizlə bağlı bir irəliləyiş olmazsa, biz hərəkətə keçəcəyik. Silahlı qüvvələrimiz hər baxımdan hazırdır. Bu məsələnin zarafatı yoxdur”.

Nazir eyni zamanda ABŞ-la görüşlərin davam etdiyini, diplomatik əlaqələrin normal şəkildə davam etdiyini bildirib./APA/

COP29

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv