!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Kılıç: "Qara yanvar insanlıq tarixinin utanc səhifəsidir"

!Reklam – Yazi

“20 yanvar faciəsinin, Azərbaycan xalqının başına gətirilən müsbətlərin qisası 44 günlük Vətən müharibəsində alındı, düşmənə və onun havadarlarına göz dağı verildi”.

Bu fikirləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı danışarkən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Yenicag.az-a açıqlamasında səsləndirib.

Hulusi Kılıç 20 yanvar tarixini insanlığın utanc səhifəsi adlandırıb:

“Qara yanvar insanlıq tarixinin utanc səhifəsidir. 20 yanvar Azərbaycanımızın, türk dünyasının yas günüdür. İki yüzə yaxın Azərbaycan türkünün şəhid olduğu, səkkiz yüzə qədər insanın yaralandığı faciədir. Dinc əhalinin demokratik aksiyasının qəddarcasına yatırıldığı gündür. Keçmiş sovet rejiminin illərlə ona xidmət edən öz vətəndaşına, mülki şəxslərə qarşı törətdiyi qətliamdır. 20 yanvar tarixi qanlı, həm də şanlı bir gündür.

Azərbaycan xalqının yenidən dirildiyi, milli duyğuların oyandığı, müstəqillik hisslərinin yüksəldiyi günün başlanğıcıdır. Həmin gün Azərbaycan xalqının demokratiya istəyini bütün dünyaya hayqırdığı gündür. O gün müstəqillik uğruna özünü tankların altına atan gənclərimizi heç bir zaman unutmayacağıq.

20 yanvar faciəsinin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin qisası 44 günlük Vətən müharibəsində alındı, düşmənə və onun havadarlarına göz dağı verildi.

Başda 20 Yanvar şəhidləri olmaqla, bütün şəhidlərimizi rəhmətlə anıram. Allah bir daha belə bir günü millətimizə yaşatmasın”.

Aqil Bəkir

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv