Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdə olub.
Yenicag.az xəbər verir ki, səfər zamanı qardaş ölkə prezidentini müşayiət edənlər arasında Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat da olub.
Dövlət başçısı ilə görüşən Büyükfırat, Ərdoğana ilk hədiyyə verən şəxs olub.
İpək üzərinə işlənmiş tuğrada (Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunəsi) bu ifadələrə yer verilib:
“Cümhuri rəisi Rəcəb Tayyib Ərdoğan əl-Müzəffər daimən…”
www.yenicag.az