Hüseyndən Fatimənin ifasına SƏRT TƏPKİ: "İmkanım olsa belə, mahnıları..."
“Müğənni yox, lap elektrik də olsa belə, mahnıları oxumaq olmaz.”
Yenicag.az xəbər verir ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu rəqqasə Fatimə Fətəliyevanın ifa etdiyi mahnını sərt tənqid atəşinə tutub.
“Afaqla Onlar” verilişində Fatimənin ifa etdiyi mahnı səsləndirilib. İfaçının Fatimə olduğunu bilən Hüseyn sərt reaksiya verib:
“Fatimə çox istedadlı qızdır, əziz dostumdur, xətrini dünyalar qədər istəyirəm. Amma onun oxuduğu bu mahnı, mahnı deyil. Azərbaycan musiqisinə zidd olan mahnıdır.”
Klarnet ifaçısı bəyənmədiyi ifalara qarşı kəskin mövqe sərgiləyib:
“İmkanım olsaydı, bu mahnının üstündən xətt çəkərdim. Müğənni yox, lap elektrik də olsa, belə mahnıları oxumaq olmaz. Belə mahnı oxuyanlar musiqimizə düşməndir”.
Nehru












