Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

I Avropa Oyunlarının açılış gününün hava proqnozu açıqlanıb

1327ceac2a3ca99c64f88cdbb9cbf3a3İlkin proqnoza əsasən, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, temperatur rejimində ciddi dəyişiklik gözlənilmir.

Temperatur gündüz saatlarında 27-32 dərəcə isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz arabir güclənəcək.

Azərbaycanın bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur Aran rayonlarında gündüz saatlarında 30-35 dərəcə, dağlıq rayonlarında isə 21-26 dərəcə isti olacağı gözlənilir(APA).

Loading...

www.yenicag.az

413