İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişdi

media-hightechnic-468x90

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına yeni sədr təyin edilib.

Yenicag.az xəbər verir ki, bu vəzifə Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili Audit Departamentinin direktoru Elçin Əlizadəyə həvalə olunub.

O, bu vəzifədə AMB-nin baş direktoru Ziya Əliyevi əvəzləyib.

İSB zərərçəkən sığorta olunanların və zərər vurulan 3-cü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Mülki Məcəlləyə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600