İcbari Sığorta Bürosu xüsusi qanunla ləğv edilə biləcək. Belə ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İcbari Sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Bəs həmin büronun bağlanması vətəndaşların sığorta prosesinə mənfi təsir göstərə bilərmi? Bundan əlavə, sözügedən qanunun hansı üstünlükləri olacaq?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, büronun ləğv olunmasının sığorta prosesinə heç bir mənfi təsiri olmayacaq:
“Sadəcə, büro digər qurumun ixtiyarına veriləcək. Digər subyekt yaradılacaq və idarə olunması başqa parametrlərlə həyata keçiriləcək.
Məsələn, Baş Nəqliyyat Agentliyi ləğv olundu, başqa quruma köçürüldü. Mənfi təsir olmadı.
Əksinə, bu tip hallarda getdikcə təkmilləşdirilmə prosesləri baş verir. Təbii ki, bu və ya digər zərurətdən yaranan dəyişikliklərdən söhbət gedir”.
Şahanə Paşa
www.yenicag.az