İçərişəhərdə Ermənistanın təcavüzü haqqında lövhə

media-hightechnic-468x90

iceriseher_lovhe_190615_01Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib.

Şuradan AzVision.az-a verilən məlumata görə, lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir.

Monitorda Şuranın Şuşa və Ağdam haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda, qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.

Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa