Meksikada içində 157 cəsədin olduğu yük avtomobili aşkarlanıb.
Yenicag.az xəbər verir ki, hadisə ölkənin Qvadalaxara şəhərinin yaxınlığında qeydə alınıb.
Bildirilir ki, atılmış yük maşınının qoşqusu meyitlərin müvəqqəti saxlama yerinə məxsus olub.
Nəqliyyat vasitəsi yaşayış evlərinin yaxınlığında atılıb və yerli hakimiyyət orqanları bu barədə xəbərdar edilməyib. Tezliklə maşından gələn iy yerli əhalini ciddi narahat etməyə başlayıb.
Hazırda bununla bağlı təhqiqat başlayıb. Polis içində cəsədlərin olduğu yük maşınının əhalinin yaşadığı yerin yaxınlığında hansı şəraitdə və niyə gətirildiyini öyrənmək istəyir.
www.yenicag.az