İcra başçısından tələbələrə "JEST" - Uşaq saatı hədiyyə etdi

media-hightechnic-468x90

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov cari ildə ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib.

Yenicag.az xəbər verir ki, icra başçısı tələbələrə “qiymətli” hədiyyələr verib. Rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır.

Bildirilib ki, həmin saatlar da sadəcə 600-dən çox nəticə göstərmiş tələbələrə verilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb./unikal.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600