İcra hakimiyyətləri nə zaman LƏĞV OLUNACAQ? – “İslahatların aparılması...”

media-hightechnic-468x90

“İqtisadi inkişafla bağlı aparılan tədbirlər kimi idarəetmədə də islahatların aparılması gözləniləndir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

media-e45f827d-5540-3e19-ae20-06c1bff44f17_825

 

O, idarəetmədə aparılan islahatların mümkün nəticələri və perspektivləri, eyni zamanda icra hakimiyyətlərinin ləğvi məsələsinə aydınlıq gətirib.

Deputat icra hakimiyyətləri və ya digər qurumların ləğv ilə bağlı dəqiq məlumatların olmadığını bildirib:

“Ancaq bu mövzu xeyli vaxtdır ki, cəmiyyətdə və mediada müzakirə olunur. Artıq yeni qurumların yaradılmasının da şahidi oluruq. Məsələn, işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi səlahiyyətli nümayəndəlikləri təsis edilib. Bundan əlavə, idarəetmə sahəsində yeni strukturlar formalaşdırılır. Bələdiyyələrin funksiyalarının genişləndirilməsi də gündəmdədir”.

“Bu istiqamətdə müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir. Hazırda rəsmi qərar olmasa da, səslənən təkliflər və fikir mübadilələri göstərir ki, islahatlar davam edir və davam etməlidir. İqtisadi inkişafla bağlı aparılan tədbirlər kimi idarəetmədə də islahatların aparılması gözləniləndir. Lakin hələlik bu barədə konkret göstəriş və ya rəsmi qərar mövcud deyil”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa